​"Mançester Siti" türk futbolçu ilə anlaşıb

​"Mançester Siti" türk futbolçu ilə anlaşıb Klub Gündoğana görə "Borussiya"ya 25 mln. funt ödəyəcək
Futbol
27 Mart , 2016 12:00
​Mançester Siti türk futbolçu ilə anlaşıb

Bakı. 27 mart. REPORT.AZ/ İngiltərənin "Mançester Siti" klubu Dortmund "Borussiya"sı ilə türk əsilli yarımmüdafiəçi İlkay Gündoğanın transferinə dair razılığa gəlib.

"Report" xəbər verir ki, bu barədə "The Mirror" nəşri yazıb.

Məlumata görə, "Siti"nin yeni baş məşqçisi Pep Qvardiola iyunun 10-dək yay transferlərini yekunlaşdırmağı tələb edib və siyahıda birinci məhz Gündoğan olub. "Şəhərlilər" xavbekə görə alman klubuna 25 mln. funt ödəyəcəklər.

Həmçinin "Yuventus"un fransalı xavbeki Pol Poqbanın transferinə dair danışıqlara başlanılıb.

Son xəbərlər

Orphus sistemi