“Mançester Siti” son 18 ilin antirekordunu qırıb
Futbol
- 10 noyabr, 2024
- 04:57
“Mançester Siti” klubu İngiltərə Premyer Liqasının XI turunda “Brayton”a məğlub olub və bu, “şəhərlilər”in bütün turnirlərdə ardıcıl dördüncü uğursuz nəticəsi olub.
“Report” xəbər verir ki, daha əvvəl Xosep Qvardiolanın yetirmələri Çempionlar Liqasında Portuqaliyanın “Sportinq” (1:4), İngiltərə çempionatında “Bornmut” (1:2) və İngiltərə Liqa Kubokunda “Tottenhem”ə (1:2) yenilmişdilər.
“Opta Sports”un məlumatına görə, “Mançester Siti” ilə belə uğursuzluqla daha əvvəl 2006-cı ildə üzləşib.
Bundan başqa, Qvardiola məşqçilik karyerasında ilk dəfə ardıcıl dörd matçda məğlub olub.
“Mançester Siti” İngiltərə Premyer Liqasının turnir cədvəlində 11 matçdan sonra 23 xalla ikincidir. Çempionatın vahid lideri isə 28 xalla “Liverpul”dur.
Son xəbərlər
13:48
Ödənişli avtomagistrallarda maksimum sürət həddinin müəyyənləşdirilməsi I oxunuşda qəbul edilib
Biznes13:43
Makron: Avropa üçün çağırışlar artıb
Digər ölkələr13:40
Xarici prodüserlərin Azərbaycanda film istehsalına cəlbi məsələsi I oxunuşda qəbul edilib
Milli Məclis13:35
Lamiyə Vəliyeva Azərbaycan rekorduna imza atıb
Fərdi13:29
Lukaşenko: Sərhədlərimizdə, xüsusilə Polşa tərəfindən hərbi fəallığın artırılması narahatlıq doğurur
Digər ölkələr13:27
Peskov: Ukrayna üzrə danışıqların bərpasına ümid edirik
Digər ölkələr13:26
MM uşaq hüquqları ilə bağlı bir neçə qanuna dəyişiklikləri I oxunuşda qəbul edib
Milli Məclis13:25
"Uşaq hüquqları haqqında" yeni qanun layihəsi ilk oxunuşda qəbul edilib
Milli Məclis13:14