"Mançester Siti" sabah çempion ola bilər

"Mançester Siti" sabah çempion ola bilər "Mançester Yunayted" "Liverpul"a uduzsa, "şəhərlilər" sona 4 tur qalmış çempionluğu təmin edəcək
Futbol
1 May , 2021 18:01
Mançester Siti sabah çempion ola bilər

Futbol üzrə İngiltərə Premyer Liqasında XXXIV turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, Londonda "Kristal Pelas"la qarşılaşan "Mançester Siti" 2:0 hesablı qələbə qazanıb. Qolları 57-ci dəqiqədə Serxio Aquero, 2 dəqiqə sonra isə Ferran Torres vurublar.

Bu qələbədən sonra xallarını 80-ə çatdıran Mançester təmsilçisi zirvədəki yerini möhkəmlədib. "Kristal Pelas" isə 38 xalla 13-cü sırada qərarlaşıb. Hazırda liderdən 13 xal geri qalan "Mançester Yunayted" sabah "Liverpul"a uduzsa, "Mançester Siti" sona 4 tur qalmış çempionluğu təmin edəcək.

Son xəbərlər

Orphus sistemi