"Mançester Siti"nin hücumçusu karantinə göndərildi

"Mançester Siti"nin hücumçusu karantinə göndərildi İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Serxio Aquero 10 gün yaşıl meydanlardan kənarda qalacaq.
Futbol
12 Yanvar , 2021 18:40
Mançester Sitinin hücumçusu karantinə göndərildi

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Serxio Aquero 10 gün yaşıl meydanlardan kənarda qalacaq.

"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Xosep Qvardiola deyib.

İspaniyalı mütəxəssis bildirib ki, argentinalı hücumçu koronavirusa yoluxmuş şəxslə yaxın ünsiyyətdə olduğu üçün karantinə göndərilib.

Qeyd edək ki, 33 yaşlı forvard İngiltərə Premyer Liqasında "Brayton" (13 yanvar) və "Kristal Pelas"la (17 yanvar) matçları buraxacaq.

Son xəbərlər

Orphus sistemi