"Mançester Siti"nin futbolçusu "Liverpul"la matçda yeni rekord müəyyənləşdirib

"Mançester Siti"nin futbolçusu "Liverpul"la matçda yeni rekord müəyyənləşdirib Bakı. 4 yanvar. REPORT.AZ/ İngiltərənin Mançester Siti klubunun futbolçusu Bernardu Silva yeni rekorda imza atıb.
Futbol
1276
4 Yanvar , 2019 15:13
Mançester Sitinin futbolçusu Liverpulla matçda yeni rekord müəyyənləşdirib

Bakı. 4 yanvar. REPORT.AZ/ İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Bernardu Silva yeni rekorda imza atıb. 

"Report" "Opta"ya istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Premyer Liqanın XXI turunda "Liverpul"la matçda 13.7 kilometr məsafə qət edib.

Bu isə İngiltərə Premyer Liqasının hazırkı mövsümü üçün rekord göstəricidir. Cari mövsümdə heç bir futbolçu buna nail ola bilməyib. 

Qeyd edək ki, qarşılaşma "Mançester Siti"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matça start heyətdə başlayan Bernardu Silva sonadək meydanda olub. 

Son xəbərlər

Orphus sistemi