"Mançester Siti"nin futbolçusu karantin qaydalarını pozdu

"Mançester Siti"nin futbolçusu karantin qaydalarını pozdu İngiltərənin Mançester Siti klubunun futbolçusu Fil Foden sosial məsafə qaydalarını pozub.
Futbol
3 İyun , 2020 17:24
Mançester Sitinin futbolçusu karantin qaydalarını pozdu

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Fil Foden sosial məsafə qaydalarını pozub. 

"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçinin bir neçə dostu ilə çimərlikdə futbol oynadığı foto və videolar üzə çıxıb. 

Şəhər rəhbərliyi oyunçu ilə danışmağı planlaşdırır. Foden canını yüngül cəza ilə də qurtara bilər. 

Qeyd edək ki, İngiltərə Premyer Liqasının klublarına məşq üçün icazə verilib, lakin futbolçular məşq bazasından kənarda insanlarla təmasdan çəkinməlidirlər. Çempionatın iyunun 17-də bərpa olunması ilə bağlı qərar çıxarılıb.

Son xəbərlər

Orphus sistemi