"Mançester Siti" "Liverpul" azarkeşindən şikayət edib

"Mançester Siti" "Liverpul" azarkeşindən şikayət edib İngiltərənin "Mançester Siti" klubu Premyer Liqanın VII tur oyunu zamanı məşqçisinə "Liverpul" azarkeşlərindən birinin tüpürməsi ilə bağlı şikayət edib.
Futbol
4 Oktyabr , 2021 10:04
Mançester Siti Liverpul azarkeşindən şikayət edib

İngiltərənin "Mançester Siti" klubu Premyer Liqanın VII tur oyunu zamanı məşqçisinə "Liverpul" azarkeşlərindən birinin tüpürməsi ilə bağlı şikayət edib.

"Report"un məlumatına görə, hadisə "şəhərlilər"in 69-cu dəqiqədə bərabərlik qolunu vurmasından sonra baş verib. Mançester komandası epizodu video-kameraların qeydə aldığına əmindir.

Şikayətdən xəbərdar olan "Liverpul" klubu isə təfərrüatı aydınlaşdırmaq üçün daxili araşdırmaya başlayıb.

Qeyd edək ki, görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi