"Mançester Siti" kütləvi yoluxmaya görə futbolçusunu cəzalandıra bilər

"Mançester Siti" kütləvi yoluxmaya görə futbolçusunu cəzalandıra bilər İngiltərənin "Mançester Siti" klubu futbolçusu Bencamin Mendi ilə bağlı araşdırmalara başlayacaq.
Futbol
3 Yanvar , 2021 16:07
Mançester Siti kütləvi yoluxmaya görə futbolçusunu cəzalandıra bilər

İngiltərənin "Mançester Siti" klubu futbolçusu Bencamin Mendi ilə bağlı araşdırmalara başlayacaq.

"Report" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, buna səbəb sol cinah müdafiəçisinin karantin qaydalarını pozmasıdır.

Fransalı oyunçu 3 yoldaşının iştirakı ilə Yeni İl şənliyi təşkil edib. İddiaya görə, komandada koronavirusa kütləvi yoluxma halı məhz həmin məclisdən sonra aşkarlanıb.

Bununla bağlı açıqlama yayan Mançester təmsilçisi məsələnin araşdırılacağını bildirib. İddia təsdiqini tapsa, Mendini cəza gözləyir.

Son xəbərlər

Orphus sistemi