"Mançester Siti" İngiltərə çempionatında rekorda imza atdı

"Mançester Siti" İngiltərə çempionatında rekorda imza atdı "Mançester Siti" İngiltərə Premyer Liqasında rekorda imza atıb
Futbol
18 Fevral , 2021 05:39
Mançester Siti İngiltərə çempionatında rekorda imza atdı

"Mançester Siti" İngiltərə Premyer Liqasında rekorda imza atıb.

“Report” xəbər verir ki, bu barədə "şəhərlilər"in rəsmi tvitter səhifəsində bildirilir.

Bildirilir ki, komanda 2021-ci ilin əvvəlindən 10 oyun keçirib və 28:3 ümumi hesabı ilə on qələbə qazanıb. Bu nəticə rekord olub. Çünki İngiltərə çempionatında heç bir komanda təqvim ilinin başlanğıcından 10 görüşü ardıcıl udmağa müvəffəq olmayıb.

Qeyd edək ki, "Mançester Siti" son oyununu səfərdə "Everton"a qarşı keçirib. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Matçda hesabı 32-ci dəqiqələrdə "şəhərlilər"in yarımmüdafiəçisi Fil Foden açıb. 5 dəqiqə sonra meydan sahibləri Rişarlisonun qolu ilə tarazlığı bərpa edib. İlk hissə bu hesabla başa çatıb. 67-ci dəqiqədə Riyad Mahrez növbəti dəfə "Mançester Siti"ni önə çıxarıb. 77-ci dəqiqədə isə Bernardu Silva görüşdə son nöqtəni qoyub.

Bu qələbədən sonra xallarını 56-ya çatdıran "Mançester Siti" zirvədəki yerini möhkəmləndirib. "Everton" isə 37 xalla 7-ci sırada qalıb.

Son xəbərlər

Orphus sistemi