"Mançester Siti" inamlı qələbə ilə liderliyini möhkəmlətdi

"Mançester Siti" inamlı qələbə ilə liderliyini möhkəmlətdi İngiltərə Premyer Liqasında XVI turdan təxirə salınmış oyun keçirilib
Futbol
18 Fevral , 2021 02:08
Mançester Siti inamlı qələbə ilə liderliyini möhkəmlətdi

İngiltərə Premyer Liqasında XVI turdan təxirə salınmış oyun keçirilib.

"Report"un məlumatına görə, çempionatın lideri "Mançester Siti" səfərdə "Everton"la üz-üzə gəlib. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı 32-ci dəqiqələrdə "şəhərlilər"in yarımmüdafiəçisi Fil Foden açıb. 5 dəqiqə sonra meydan sahibləri Rişarlisonun qolu ilə tarazlığı bərpa edib. İlk hissə bu hesabla başa çatıb. 67-ci dəqiqədə Riyad Mahrez növbəti dəfə "Mançester Siti"ni önə çıxarıb. 77-ci dəqiqədə isə Bernardu Silva görüşdə son nöqtəni qoyub.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 56-ya çatdıran "Mançester Siti" zirvədəki yerini möhkəmləndirib. "Everton" isə 37 xalla 7-ci sırada qalıb.

Son xəbərlər

Orphus sistemi