"Mançester Siti" Holannın keçidini açıqlayıb

"Mançester Siti" Holannın keçidini açıqlayıb İngiltərənin "Mançester Siti" klubu Almaniyanın "Borussiya" (Dortmund) komandasının futbolçusu Erlinq Holannı heyətinə qatıb.
Futbol
10 May , 2022 18:40
Mançester Siti Holannın keçidini açıqlayıb

İngiltərənin "Mançester Siti" klubu Almaniyanın "Borussiya" (Dortmund) komandasının futbolçusu Erlinq Holannı heyətinə qatıb.

"Report" "şəhərlilər"in rəsmi saytına istinadən xəbər verir ki, norveçli hücumçu bu il iyulun 1-dən yeni komandasına qoşulacaq.

Klub keçidin digər detallarını və müqavilə müddətini açıqlamayıb.

Qeyd edək ki, Erlinq Holann 2020-ci ilin əvvəlindən Dortmund təmsilçisində çıxış edir. Gənc forvard "Borussiya"da 88 oyuna 85 qol vurub.

Son xəbərlər

Orphus sistemi