“Mançester Siti” derbidən məğlub ayrıldı - VİDEO

“Mançester Siti” derbidən məğlub ayrıldı - VİDEO Futbol üzrə İngiltərə Premyer Liqasında XVI turun mərkəzi görüşü Mançester Siti ilə Mançester Yunayted arasında keçirilib.
Futbol
8 Dekabr , 2019 00:45
“Mançester Siti” derbidən məğlub ayrıldı - VİDEO

Futbol üzrə İngiltərə Premyer Liqasında XVI turun mərkəzi görüşü "Mançester Siti" ilə "Mançester Yunayted" arasında keçirilib.

"Report"un məlumatına görə, "Etihad" stadionunda oynanılmış qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1. 

Hesabı 23-cü dəqiqədə penalti zərbəsi ilə Markus Reşford açıb. Bundan 6 dəqiqə sonra Antoni Marsyal fərqi artırıb. 85-ci dəqiqədə isə Nikolas Otamendi meydan sahiblərinin təsəlli qolunu vurub.

Bu nəticədən sonra "Mançester Siti" 32 xalla 3-cü, "Mançester Yunayted" isə 24 xalla 5-ci yerdə gedir.

Son xəbərlər

Orphus sistemi