"Mançester Siti" derbidə "Mançester Yunayted"ə qalib gəlib

"Mançester Siti" derbidə "Mançester Yunayted"ə qalib gəlib Futbol üzrə İngiltərə Premyer Liqasının XI turunda Mançester derbisi baş tutub.
Futbol
6 Noyabr , 2021 18:24
Mançester Siti derbidə Mançester Yunaytedə qalib gəlib

Futbol üzrə İngiltərə Premyer Liqasının XI turunda Mançester derbisi baş tutub.

"Report"un məlumatına görə, prinsipial oyunda "Mançester Yunayted" "Mançester Siti"ni qəbul edib. "Old Trafford"da keçirilən qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hər 2 qol ilk hissədə vurulub. 7-ci dəqiqədə Erik Bayi topu öz qapısından keçirib. 45-ci dəqiqədə isə Bernardu Silva matçda yekun hesabı müəyyənləşdirib.

Bu qələbədən sonra xallarını 23-ə çatdıran "şəhərlilər" 2-ci pilləyə yüksəlib. 17 xalı olan "qırmızı şeytanlar" isə 5-ci sırada qalıb.

Son xəbərlər

Orphus sistemi