"Mançester Siti" "Barselona"nın futbolçusunu transfer etməyi düşünür
Futbol
- 13 may, 2025
- 18:38
İngiltərənin "Mançester Siti" klubu İspaniya təmsilçisi "Barselona"nın yarımmüdafiəçisi Dani Olmonu transfer etməyi düşünür.
"Report" "Relevo"ya istinadən xəbər verir ki, "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola 27 yaşlı futbolçunun xidmətində maraqlıdır.
Klub rəhbərliyi oyun keyfiyyətləri üstün olan, qol şansları yaratmağı bacaran və texnikalı yarımmüdafiəçi axtarışında olduğu üçün Olmonun mümkün keçidinə müsbət yanaşır.
Lakin futbolçunun özünün transferlə bağlı mövqeyi hələlik bilinmir.
Qeyd edək ki, Dani Olmo cari mövsüm "Barselona"nın heyətində 36 oyun keçirib, 11 qol vurub və 6 məhsuldar ötürmə edib.
Son xəbərlər
09:44
Foto
Ramil Həsən ATƏT-in Baş katibi ilə görüşüb
Xarici siyasət09:40
Nəriman Axundzadənin komandası yeni mövsüm üçün məşqçilər heyətini açıqlayıb
Futbol09:34
Foto
Bakıda "Neokolonializm və qlobal bərabərsizlik" mövzusunda beynəlxalq konfrans başlayıb
Xarici siyasət09:30
Azərbaycan nefti 2 dollardan çox bahalaşıb
Energetika09:26
UEFA Avropa Liqasında pley-off mərhələsinə start verilir
Futbol09:23
BP Xəzərdə dəniz əməliyyatları və texniki xidmət üzrə müqaviləsini yeniləyib
Energetika09:18
Tokayev Sülh Şurasını real sülh təklifi olan platforma adlandırıb
Digər ölkələr09:07
Azərbaycanın Rusiyaya qeyri-neft-qaz ixracı 5 % azalıb
Biznes09:06