"Mançester Siti" “Arsenal”a qalib gələrək ardıcıl 13-cü qələbəsini qazandı

"Mançester Siti" “Arsenal”a qalib gələrək ardıcıl 13-cü qələbəsini qazandı Londonun "Emireyts" stadionunda “Arsenal”la “Mançester Siti” komandaları arasında İngiltərə Premyer Liqasının 25-ci turunun matçı keçirilib
Futbol
21 Fevral , 2021 22:46
Mançester Siti “Arsenal”a qalib gələrək ardıcıl 13-cü qələbəsini qazandı

Londonun "Emireyts" stadionunda “Arsenal”la “Mançester Siti” komandaları arasında İngiltərə Premyer Liqasının 25-ci turunun matçı keçirilib.

“Report” xəbər verir ki, görüş "şəhərlilər"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qol 2-ci dəqiqədə vurulub – Rahim Sterlinq fərqlənib.

"Mançester Siti" bununla İngiltərə Premyer Liqasında 13-cü ardıcıl qələbəsini qazanıb. Komanda bununla həm də müxtəlif turnirlərdə 18-ci ardıcıl qələbəyə imza atıb.

Xosep Qvardiolanın yetirmələri 25 matçda 59 xal yığıblar və İngiltərə Premyer Liqasının 2020/2021 mövsümünə liderlik edirlər. "Arsenal" turnir cədvəlində 34 xalla 10-cu yerdədir.

Son xəbərlər

Orphus sistemi