“Mançester Siti” 300 milyon avro itirə bilər

“Mançester Siti” 300 milyon avro itirə bilər UEFA-nın İngiltərənin “Mançester Siti” klubunun Çempionlar Liqasından iki il müddətinə uzaqlaşdırılıması barədə qərarı klubu 300 milyon avrodan məhrum edə bilər.
Futbol
159
15 Fevral , 2020 02:19
“Mançester Siti” 300 milyon avro itirə bilər

UEFA-nın İngiltərənin “Mançester Siti” klubunun Çempionlar Liqasından iki il müddətinə uzaqlaşdırılıması barədə qərarı klubu 300 milyon avrodan məhrum edə bilər.

“Report” xəbər verir ki, bu barədə maliyyə eksperti Kiran Maquayr “Sky Sports” nəşrinə müsahibəsində bildirib.

O, qeyd edib ki, maliyyə itkiləri komandaya da mənfi təsir göstərəcək.

Qeyd edək ki, Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) İngiltərənin “Mançester Siti” klubunun Çempionlar Liqası və Avropa Liqasında iki il ərzində iştirakına qadağa qoyub.

“Mançester Siti” klubu isə qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etmək niyyətində olduğunu açıqlayıb. 

Son xəbərlər

Orphus sistemi