Bakı. 15 yanvar. REPORT.AZ/ "Everton" futbol üzrə İngiltərə çempionatının 21-ci turu çərçivəsində doğma meydanda "Mançester Siti"ni 4:0 hesabı ilə darmadağın edib.
"Report" xəbər verir ki, qolları Romelu Lukaku (34), Kevin Miralyas (47), Tom Devis (79) və Ademola Lukman (94) vurub.
"Mançester Siti" milli birincilikdə sonuncu dəfə 4 və daha çox top fərqi ilə 11 may 2008-ci il tarixində uduzub. Həmin vaxt "Midlsbro" "şəhərlilər"i 8:1 hesabı ilə məğlub edib.
Hazırda "Mançester Siti" 42 xalla turnir cədvəlində 5-ci yerdə qərarlaşıb. "Everton" aktivində 33 xalla 7-ci yerdədir.
Yanvarın 21-də keçiriləcək növbəti turda Hosep Qvardiolanın yetirmələri evdə Londonun "Tottenhem" komandası, "Everton" isə həmin gün səfərdə "Kristal Pelas" klubu ilə qarşılaşacaq.