Mamadu Mboc: "Sabah əvvəlkindən də yaxşısını görəcəksiniz"

Mamadu Mboc: "Sabah əvvəlkindən də yaxşısını görəcəksiniz" "Bura nə üçün gəldiyimizi bilirik. Oyuna yaxşı hazırlaşmışıq. Sabah uğurlu oyun sərgiləməyə çalışacağıq".
Futbol
20 İyul , 2021 22:39
Mamadu Mboc: Sabah əvvəlkindən də yaxşısını görəcəksiniz

"Bura nə üçün gəldiyimizi bilirik. Oyuna çox yaxşı hazırlaşmışıq. Sabah gözəl oyun sərgiləməyə çalışacağıq".

"Report"un Afinaya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Mamadu Mboc Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcəkləri Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

Seneqallı müdafiəçi Gürcüstanın "Dinamo" (Tbilisi) komandası ilə oyunlarda zəif çıxış etməsinin səbəbini belə izah edib: "Bu, futboldur, belə hallar baş verə bilər. Əvvəllər gördüyünüzdən daha güclü Mboc görəcəksiniz. İnanıram ki, sabah yenə sinəmdə Babakarın fotosunu görəcəksiniz".

28 yaşlı oyunçu yeni transferlər Romen Bask və Uqo Bastonu yüksək qiymətləndirib: "Hər ikisi çox yaxşı transferdir, güclü futbolçulardır. İnanıram ki, məqsədimizə çatmaq üçün gücümüzə güc qatacaqlar. Hər ikisini salamlayıram".

Qeyd edək ki, iyulun 21-də Pirey şəhərindəki "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Neftçi" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi