Neftçi"nin yeni transferi: "Ən vacibi komandaya əlimdən gələn köməyi etməyimdir" - VİDEO

Neftçi"nin yeni transferi: "Ən vacibi komandaya əlimdən gələn köməyi etməyimdir" - VİDEO Bakı. 27 yanvar. REPORT.AZ/ Komandaya iki həftəlik gəldim. Həmin müddət ərzində müqavilə bağladım və Neftçi”ni daha yaxından tanıya bildim. Birinci gündən gördüm ki, yaxşı kollektivimiz var. Heç bir komanda üzvündən pis münasibət görmədim. Məni yaxşı qarşıladılar. İlk gündən hər şey yaxşı idi. İki həftə komanda ilə məşq edib, evə qayıtdım.
Futbol
27 Yanvar , 2019 22:09
Neftçinin yeni transferi: Ən vacibi komandaya əlimdən gələn köməyi etməyimdir - VİDEO

Bakı. 27 yanvar. REPORT.AZ/ "Komandaya iki həftəlik gəldim. Həmin müddət ərzində müqavilə bağladım və "Neftçi”ni daha yaxından tanıya bildim. Birinci gündən gördüm ki, yaxşı kollektivimiz var. Heç bir komanda üzvündən pis münasibət görmədim. Məni yaxşı qarşıladılar. İlk gündən hər şey yaxşı idi. İki həftə komanda ilə məşq edib, evə qayıtdım".

"Report"un məlumatına görə, bunu "Neftçi" klubunun yeni transferi Mamadu Mboc klub televiziyasına müsahibəsində deyib. Seneqallı müdafiəçi Türkiyənin Antalya bölgəsində keçirdikləri təlim-məşq toplanışından razılıq ifadə edib: "Hər şey yaxşı oldu. İnanıram ki, belə də davam edəcək. Antalya toplanışı oyun tərzimizi daha da yaxşılaşdırmaq, daha da yaxşı çıxış etmək üçün idi. Çempionatın ikinci hissəsinin ilk oyununadək tam hazır olacağıq".

26 yaşlı oyunçu azarkeşlərdən də söz açıb: "Onları yaxşı anlayıram. İşlər qaydasında getməyəndə etirazlarını bildirməlidirlər. Buna baxmayaraq, daim arxamızda olublar. "Qarabağ”la ilk oyunda dəstəkləri bizim üçün vacibdir. Məncə, hər şey yaxşı olacaq. Onların dəstəyinə çox ehtiyacımız var. Azarkeşlərin tənqidini normal qarşılamaq lazımdır. Buna baxmayaraq, bizi dəstəkləmələrini istəyirəm. Biz də istədiyimiz nəticəni qazanmaq üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, "Neftçi” qış fasiləsindən sonra ilk oyununu fevralın 3-də səfərdə "Qarabağ"a qarşı keçirəcək. Mboc Ağdam komandası barədə hələ gəldiyi gündən "Qarabağ” məlumatlı olduğunu söyləyib: "Dəqiq bilmirəm, rəqib son 4 və ya 5 Azərbaycan çempionatının qalibidir. Düzdür, güclü rəqibdir, amma biz də yaxşı komandayıq. Bizdə də işlər düzgün gedir. Bunun məntiqi nəticəsi kimi çempionatın lideriyik. Bilirik ki, çox çətin oyun olacaq. Buna baxmayaraq, təlim-məşq toplanışı hər şeyin yaxşı olduğunu göstərdi. Səhvlərimiz üzərində işləməliyik ki, oyuna hazır olaq və hər şey yaxşı olsun".

Yeni transfer "Neftçi"də əsas hədəfinin çempionluq sevinci yaşamaqdan ibarət olduğunu da vurğulayıb: "Çempion olandan sonra növbəti məqsədlərə çatmaq uğrunda mübarizə aparacağıq. Hazırda ən vacibi komandaya əlimdən gələn köməyi etməyimdir ki, çempion olaq”.

Qeyd edək ki, Mamadu Mboc ötən ay "Neftçi" ilə 2,5 illik müqavilə bağlayıb.

Daha əvvəl "Neftçi”nin baş məşqçisi Roberto Bordin təlim-məşq toplanışını və yeni transferləri dəyərləndirib.

Son xəbərlər

Orphus sistemi