Maltalı futbolçu: "Azərbaycanla oyunda heç-heçəyə layiq idik"

Maltalı futbolçu: "Azərbaycanla oyunda heç-heçəyə layiq idik" Bakı. 16 oktyabr. REPORT.AZ/ “Azərbaycanla oyunda heç-heçəyə layiq idik. Çünki Kosovo ilə matçla müqayisədə, taktiki baxımdan təşkilatlanmış qalmağı və arxa xətdə diqqətli davranmağı bacardıq”.
Futbol
16 Oktyabr , 2018 11:47
Maltalı futbolçu: Azərbaycanla oyunda heç-heçəyə layiq idik
0 : 00
0 : 00

Bakı. 16 oktyabr. REPORT.AZ/ “Azərbaycanla oyunda heç-heçəyə layiq idik. Çünki Kosovo ilə matçla müqayisədə, taktiki baxımdan təşkilatlanmış qalmağı və arxa xətdə diqqətli davranmağı bacardıq”.

“Report” xəbər verir ki, bunu Malta millisinin futbolçusu Andrey Acus Millətlər Liqasının IV turunda Azərbaycan yığması ilə 1:1 hesablı heç-heçəni şərh edərkən deyib.

Bakıdakı bərabərlikdən sonra adalıların qrupdan çıxa bilməyəcəkləri rəsmiləşsə də, 32 yaşlı müdafiəçi işlərinin başa çatmadığını söyləyib: “Yeni baş məşqçi və heyətlə çalışırıq. Son iki matç bizim üçün önəmlidir. Farer adaları ilə görüşdə uğurlu nəticə qazanıb, ən azı 3-cü yeri tuta biləcəyimizə ümid bəsləyirik”.

Qeyd edək ki, Malta noyabrın 17-də Kosovonu, bundan 3 gün sonra isə Farer adalarını qəbul edəcək. Ötən iki qarşılaşmada sarı vərəqə aldığı üçün cəzalı duruma düşən Andrey Acus növbəti matçı buraxacaq. Bakıda ikinci sarı vərəqəsini görən müdafiəçi Stiv Borq da Kosovo ilə dueldə iştirak etməyəcək.

Son xəbərlər

Orphus sistemi