Maltada futbolçu hakimi vurduğu üçün qandallanıb, oyun yarımçıq qalıb - FOTO - VİDEO

Maltada futbolçu hakimi vurduğu üçün qandallanıb, oyun yarımçıq qalıb - FOTO - VİDEO Maltanın futbol üzrə II Divizionunda Orata Yus və Sannat Layons komandaları arasındakı qarşılaşma sonadək oynanılmayıb.
Futbol
12 Yanvar , 2020 13:49
Maltada futbolçu hakimi vurduğu üçün qandallanıb, oyun yarımçıq qalıb - FOTO - VİDEO

Maltanın futbol üzrə II Divizionunda "Orata Yus" "Sannat Layons" komandaları arasındakı qarşılaşma sonadək oynanılmayıb.

"Report"un məlumatına görə, buna "Sannat Layons"un oyunçusu Antuan Kamillerinin hakimə hücum etməsi səbəb olub. 

İnsident referinin ikinci sarı vərəqə ilə futbolçunu meydandan qovmasından sonra baş verib. Qərardan narazı qalan Kamilleri ədalət təmsilçisinə hücum etməyə çalışıb. İşə komanda yoldaşları qarışıblar. Onlar aqressiv hərəkətə imkan verməyiblər.

Bununla belə, Kamilleri meydanı tərk edərkən yan xətt hakiminin sifətinə iki zərbə endirib. Bundan sonra oyunçu polisin müşayiəti ilə paltardəyişmə otağına yollanıb. O, stadionu qandalla tərk edib.

Qeyd edək ki, Antuan Kamilleri bu gün məhkəmə qarşısına çıxarılacaq. Artıq Malta Futbol Federasiyası onun hərəkətini pisləyib.

Son xəbərlər

Orphus sistemi