Malta millisinin baş məşqçisi: "Azərbaycanla oyun üçün bütün ssenariləri nəzərə almalıyıq"

Malta millisinin baş məşqçisi: "Azərbaycanla oyun üçün bütün ssenariləri nəzərə almalıyıq" Bakı. 4 oktyabr. REPORT.AZ/ Millətlər Liqasının ilk iki turunda bizimlə olan oyunçuların əksəriyyətinə dəvət göndərmişik.
Futbol
4 Oktyabr , 2018 14:48
Malta millisinin baş məşqçisi: Azərbaycanla oyun üçün bütün ssenariləri nəzərə almalıyıq

Bakı. 4 oktyabr. REPORT.AZ/ "Millətlər Liqasının ilk iki turunda bizimlə olan oyunçuların əksəriyyətinə dəvət göndərmişik".

"Report" xəbər verir ki, bunu Malta milli komandasının baş məşqçisi Rey Farrruciya Millətlər Liqasında Kosovo və Azərbaycan yığmalarına qarşı keçirəcəkləri matçlarla bağlı danışarkən deyib.

O bildirib ki, daxili yarışlarda maltalı futbolçuların çıxışlarını izləyirlər və heyət seçimini oyunçuların performanslarının təhlilinə əsasən müəyyənləşdirilir: "Jozef Zerafa Kosovo ilə matçda iştirak etməyəcək. Ancaq Azərbaycana qarşı görüşdə oynaya biləcək, buna görə də 24 oyunçu çağırmışıq. Sarı vərəqə limitində olan futbolçularımız da var. Azərbaycanla oyun üçün bütün mümkün ssenariləri nəzərə almalıyıq".

Farruciya qrupda rəqibləri də dəyərləndirib. O, hər iki matçın onlar üçün çətin olacağını söyləyib: “Çünki qrupun favoritləri ilə oynayacağıq. Kosovanı qrupda ən güclü komanda hesab edirəm. Onlarla oynamaq bizim üçün böyük sınaq olacaq. Azərbaycan ötən ay bizimlə matçda çox rəqabətli bir komanda olduğunu göstərdi. Amma rəqibə qarşı istədiyimiz kimi çıxış etsək, yaxşı nəticələr əldə edə bilərik".

Qeyd edək ki, Malta millisi oktyabrın 11-də evdə Kosovo, 14-də isə səfərdə Azərbaycanla qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi