"Malmö"nün baş məşqçisi: "Sabah Avropa Liqasındakı ən güclü klublardan biri ilə qarşılaşacağıq"

"Malmö"nün baş məşqçisi: "Sabah Avropa Liqasındakı ən güclü klublardan biri ilə qarşılaşacağıq" Sabah Avropa Liqasındakı ən güclü klublardan biri ilə qarşılaşacağıq. "Report" xəbər verir ki, bunu İsveçin "Malmö" klubunun baş məşqçisi Henrik Ryudström "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun oyunundan öncə ba
Futbol
2 Oktyabr , 2024 18:41
Malmönün baş məşqçisi: Sabah Avropa Liqasındakı ən güclü klublardan biri ilə qarşılaşacağıq

Sabah Avropa Liqasındakı ən güclü klublardan biri ilə qarşılaşacağıq.

"Report" xəbər verir ki, bunu İsveçin "Malmö" klubunun baş məşqçisi Henrik Ryudström "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun oyunundan öncə baş tutan mətbuat konfransında deyib.

Mütəxəssis sabah onları maraqlı oyun gözlədiyini bildirib:

"Qarabağ"ı təhlil etmişik, güclü komandadır. Hətta deyərdim ki, sabah Avropa Liqasındakı ən güclü klublardan biri ilə qarşılaşacağıq. Doğma meydanda rəqibləri ilə daha yaxşı oyun sərgiləyirlər. Topa çox yaxşı sahib olmaq bacarıqları var. Sabahkı oyunun çətin olacağını bilirik. Amma Bakıya qələbə ardınca gəlmişik".

Qeyd edək ki, “Qarabağ” – “Malmö” görüşü oktyabrın 3-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Son xəbərlər

Orphus sistemi