Maksim Medvedev: "Vorskla"ya qarşı oyunlarda əlimizdən gələni edib qələbə qazanmaq istəyirik"
- 20 oktyabr, 2018
- 18:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı.20 oktyabr. REPORT.AZ/ "Bu gün uzun fasilədən sonra komanda olaraq birgəidik. Bu da oyunumuza təsir edirdi. Oyunçular arasında müəyyən əlaqəsizlik varidi. Görüşü yaxşı keçirdik, qol epizodları yaratdıq. Düzdür, 1 qol vursaq da,kifayət qədər şansımız oldu. Rəqib də çox yaxşı müdafiə olunurdu. Amma"Qarabağ"ın təcrübəsi belə müdafiələri yarmağı bacardı".
"Report"unməlumatına görə, bunu "Qarabağ"ın futbolçusi Maksim Medvedev "Səbail"ə1:0 hesabı ilə qalib gəldiyi, amma adı protokolda olmayan oyunçu meydanaburaxdıqları üçün texniki məğlubiyyətlə üzləşəcəkləri Azərbaycan PremyerLiqasının VIII tur matçı barədə danışarkən deyib. Təcrübəli müdafiəçijurnalistlərin digər suallarını da cavablandırıb:.
- Bugün oyun sizin üçün çətin alındı, yoxsa özünüzü "Vorskla"ya qarşı matçagörə çox yormadınız?
-Oyun doğrudan da çətin alındı. Rəqib çox yaxşı müdafiə olunurdu. Bizim üçün çətinkeçdi.
- Çoxçətin qrafiklə oynayırsınız, oyunun neçənci dəqiqəsində artıq yorulduğunuzu hissetdiniz?
-Sona 5 dəqiqə qalmış yorğunluq hiss edirik. Amma rəqib bizdən daha yorğungörünürdü. Ümumi olaraq isə 70-ci dəqiqədən sonra yorğunluq başlayır. Amma bizmüəyyən tempi tutmuşuq və buna uyğun da məşqlər keçiririk.
- Bugün texniki məğlubiyyətlə nəticələnəcək oyun keçirdiniz, ötən gün isə qapıçınızHannes Halldorsson qəza törətdi. Son zamanlar belə xoşagəlməz hadisələrl başverir. Bunlar oyununuza necə təsir edir?
-Bunlar bizə demək olar ki, təsir etmir. Çalışırıq ki, belə şeylər oyunumuza təsiretməsin. Haldorsson da təcrübəlidir və vəziyyəti necə qiymətləndirməli olduğunubilir.
-Avropa Liqasında xal qazana bilməmisiniz.
- İlkiki oyunda məğlubiyyət yaşadıq. Ona görə də komandanın Avroliqadakı vəziyyətiyaxşı deyil. İndi isə bizi "Vorskla" qarşı oyunlar gözləyir. Əlimizdəngələni edib qələbə qazanmaq istəyirik. Qrupda hansısa nəticə əldə etmək istəyiriksə,bu görüşlərdən maksimum nəticə ilə ayrılmalıyıq.