Maksim Medvedev: "Rəqib əks-hücumlarda yaxşı idi"

Maksim Medvedev: "Rəqib əks-hücumlarda yaxşı idi" "Biz qardaş komandayıq. "Sivasspor"u təbrik edirəm. Yaxşı oynadılar".
Futbol
6 Noyabr , 2020 00:17
Maksim Medvedev: Rəqib əks-hücumlarda yaxşı idi
Maksim Medvedev

"Biz qardaş komandayıq. Bu gün iki komandadan biri qalib gələcəkdi. Rəqibi təbrik edirəm".

"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın kapitanı Maksim Medvedev UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Türkiyədə "Sivasspor"a 0:2 hesabı ilə uduzduqları oyundan sonra yerli mətbuata açıqlamasında deyib.

31 yaşlı müdafiəçi bildirib ki, "qırmızı-ağlar" onları yaxşı analiz edib: "Sivasspor" çox yaxşı oynadı. Əks-hücumlara yaxşı çıxdılar. Bizim bu yöndə bir az çatışmazlıqlarımız var. Qələbə qazanmaq üçün gəlmişdik, amma alınmadı. Öz oyunumuzu sərgiləyə bilmədiyimiz üçün uduzduq. Deyiləcək başqa bir söz yoxdur. Digər oyunlara daha yaxşı hazırlaşmalıyıq".

Son xəbərlər

Orphus sistemi