Maksim Medvedev: "İstədiyimiz nəticəni qazanacağımıza inanıram"

Maksim Medvedev: "İstədiyimiz nəticəni qazanacağımıza inanıram" "Hər kəsi salamlayıram. Türkiyədə vacib matça çıxacağıq. "Vilyarreal" böyük komandadır və baxımlı oyun sərgiləyirlər".
Futbol
28 Oktyabr , 2020 14:51
Maksim Medvedev: İstədiyimiz nəticəni qazanacağımıza inanıram
Maksim Medvedev
0 : 00
0 : 00

"Hər kəsi salamlayıram. Türkiyədə vacib matça çıxacağıq. "Vilyarreal" böyük komandadır və baxımlı oyun sərgiləyirlər".

"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın kapitanı Maksim Medvedev UEFA Avropa Liqasının I qrupunun II turunda İspaniya "Vilyarreal"ına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.

31 yaşlı futbolçu bildirib ki, hazırda ölkədə və "Qarabağ" klubunda vəziyyət elə də yaxşı deyil: "Çalışacağıq ki, Azərbaycanı yaxşı təmsil edək. Baş məşqçi ilə birlikdə rəqibin oyununu analiz etmişik. İnanıram ki, sabah yaxşı oyun olacaq və istədiyimiz nəticəni qazana biləcəyik".

Qeyd edək ki, "Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir.

Son xəbərlər

Orphus sistemi