Bakı. 9 iyun. REPORT.AZ/ “Uzun müddətli toplanış keçmişik. Yaxşı məşqlərimiz oldu. Canla-başla hazırlaşmışıq”.
"Report"un məlumatına görə, bunu 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə oyundan əvvəl təşkil edilən mətbuat konfransında Azərbaycan yığmasının futbolçusu Maksim Medvedev deyib.
Təcrübəli müdafiəçi bildirib ki, Belfastdakı səhvləri təkrarlamamağa çalışacaqlar: "Şimali İrlandiyaya bir dəfə qalib gəlmişik. Həmin motivasiya ilə meydana çıxacağıq. Yalnız uğurlu nəticəyə ümid edirik”.
Qeyd edək ki, iyunun 10-da keçiriləcək oyun saat 20:00-da başlayacaq.