Maksim Demençuk Azərbaycan milli komandasından kənarlaşdırılıb

Maksim Demençuk Azərbaycan milli komandasından kənarlaşdırılıb Onun yetərli hüquqi sənədə malik olmadığı üzə çıxıb
Futbol
188
14 Noyabr , 2014 16:59
Maksim Demençuk Azərbaycan milli komandasından kənarlaşdırılıb
Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının təlim-məşq toplantısına cəlb olunmuş Maksim Demençukla bağlı qərar verilib. "Report"un məlumatına görə, məşqçilər tərəfindən bəyənilsə də, Demençukun yığmanın şərəfini qorumaq üçün yetərli hüquqi sənədə malik olmadığı üzə çıxıb. 

Bu səbəbdən, futbolçu toplanışdan kənarlaşdırılıb. 

Qeyd edək ki, Maksim Demençuk bir müddət əvvəl AFFA-ya müraciət edərək Azərbaycanla bağlılığı olduğunu və millnin heyətində oynamaq istədiyini bildirib. AFFA rəhbərliyi isə onu U-21-in təlim-məşq toplanışına baxış məqsədilə dəvət edib. 

Son xəbərlər

Orphus sistemi