"Makkabi"nin hücumçusu püşkü dəyərləndirdi

"Makkabi"nin hücumçusu püşkü dəyərləndirdi "Qrupdakı rəqiblərdən hər biri güclüdür. Bütün komandaları yaxşı analiz etməliyik".
Futbol
1421
2 Oktyabr , 2020 16:59
Makkabinin hücumçusu püşkü dəyərləndirdi
İtay Şexter

"Qrupdakı rəqiblərdən hər biri güclüdür. Bütün komandaları yaxşı analiz etməliyik".

"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İsrail "Makkabi"sinin (Təl-Əviv) futbolçusu İtay Şexter püşkatmanın nəticəsini dəyərləndirərkən deyib.

33 yaşlı hücumçu bildirib ki, qrupun favoriti İspaniya "Vilyarreal"ıdır: "Makkabi" bu komanda ilə əvvəl qarşılaşıb. Ən azı heç-heçəyə ümid edə bilərik. Amma kifayət qədər güclü rəqibdir. Sonadək mübarizə aparmaq üçün əlimizdən gələni edəcəyik. Oyuna maksimum dərəcədə yaxşı hazırlaşmalıyıq".

İsrailli oyunçu püşkdən əvvəl İtaliyanın "Napoli" və İspaniyanın "Real Sosyedad" komandalarının "Makkabi"yə rəqib olmasını istədiyini vurğulayıb: "Neapolda oynamaq, əvvəllər heç vaxt qarşılaşmadığım ispan klubuna qarşı mübarizə aparmaq istərdim. "Vilyarreal" böyük azarkeş kütləsinə malik komandadır. Baxmayaraq ki, hazırda oyunlarını boş tribunalar qarşısında keçirir".

Şexter sonda koronavirus pandemiyası səbəbindən dayandırılan yerli çempionatın tezliklə bərpa olunmasını arzuladığını bildirib: "Ümid edirəm ki, İsrail futbolu həm oyunçular, həm də azarkeşlər üçün yenidən qayıdacaq".

Qeyd edək ki, "Qarabağ" "Vilyarreal", "Makkabi" və "Sivasspor"la (Türkiyə) birlikdə I qrupunda yer alıb. Qrup mərhələsinin oyunları oktyabrın 22-də və 29-da, noyabrın 5-də və 26-da, həmçinin dekabrın 3-də və 10-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi