Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşacaq “Makkabi” (Təl-Əviv) komandasında İsrail yığmasından qayıdan 5 futbolçu koronavirus testindən keçib.
"Report" "Mako.co" saytına istinadən xəbər verir ki, Eytan Tibi, Eyal Qolasa, Şaran Yeni, Maor Kandil və Eden Karvezin test nəticələri mənfi olub. Onlar artıq komanda ilə məşqlərə qatıla bilərlər.
Həmin oyunçulardan biri ilk dəfə belə vəziyyətlə üzləşdiklərini bildirib: "Bütün komanda ilə birlikdə məşqə qatılırıq. Bir aydan çoxdur ki, baş məşqçinin əlində tam heyət yox idi. Belə bir vəziyyətdə hazırlıq optimaldan çox uzaqdır".
Qeyd edək ki, oktyabrın 22-də "Blumfild" stadionunda keçiriləcək "Makkabi" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.