"Makkabi"nin baş məşqçisi: "Zirə"ni yaxşı analiz etmişik"

"Makkabi"nin baş məşqçisi: "Zirə"ni yaxşı analiz etmişik" "Zirə" ötən mövsüm çempionatda 3-cü yeri tutub. Hiss olunur ki, təşkilatlanmış komandadır. Rəqibi yaxşı analiz etmişik".
Futbol
20 İyul , 2022 19:14
Makkabinin baş məşqçisi: Zirəni yaxşı analiz etmişik

"Zirə" ötən mövsüm çempionatda 3-cü yeri tutub. Hiss olunur ki, təşkilatlanmış komandadır. Rəqibi yaxşı analiz etmişik".

"Report"un məlumatına görə, bunu İsrailin "Makkabi" (Təl-Əviv) komandasının baş məşqçisi Vladimir İviç Bakıda "Zirə"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

45 yaşlı serbiyalı mütəxəssis bildirib ki, "qartallar"a rəhbərlik edən Rəşad Sadıqovun onların yoxlama oyununu izləməsindən xəbəri olmayıb: "Bunun rəqib komanda üçün üstünlük olub-olmaması həmin məlumatlardan necə istifadə etmələrindən asılıdır. Biz də "Zirə"ni təhlil etmişik. Ötən mövsüm bu komanda ikinci yerdən cəmi 3 xal geridə qalıb. Həmçinin kubokun finalında oynayıblar".

Qeyd edək ki, iyulun 21-də “Dalğa Arena”da oynanılacaq qarşılaşma saat 20:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi