Makedoniyalı futbolçu: "Sumqayıt"la matç asan olmayacaq"

Makedoniyalı futbolçu: "Sumqayıt"la matç asan olmayacaq" "Avrokubokların seçmə oyunlarındaasan rəqib gözləyə bilmərik. "Sumqayıt" sadəlöv komanda deyil".
Futbol
11 Avqust , 2020 16:25
Makedoniyalı futbolçu: Sumqayıtla matç asan olmayacaq
Lyupko Doriyev

"Avrokubokların seçmə oyunlarında asan rəqib gözləyə bilmərik. "Sumqayıt" adi komanda deyil". 

"Report" xəbər verir ki, bu fikirləri Şimali Makedoniyanın "Şkendiya" klubunun futbolçusu Lyupço Doriev "Sumqayıt"la qarşılaşacaqları Avropa Liqasının I təsnifat mərhələsinin oyunu barədə danışarkən deyib. 

Klubun rəsmi saytına açıqlama verən 25 yaşlı yarımmüdafiəçi "gənclik şəhəri" təmsilçisinin yaxşı keyfiyyətə malik komanda olduğunu bildirib. Makedoniyalı oyunçu mərhələ keçə biləcəklərinə inandığını söyləyib: "Bu il təsnifat mərhələsi bir oyundan ibarətdir və biz səfərdə oynayacağıq. Yaxşı formada olsaq, bunun öhdəsindən gələ bilərik. Bu, heç də asan olmayacaq, amma mərhələ keçəcəyimizə inanıram". 

Qeyd edək ki, "Sumqayıt" - "Şkundiya" matçı avqustun 27-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi