Mahir Emrelinin komandası növbəti oyununu keçirəcək

Mahir Emrelinin komandası növbəti oyununu keçirəcək Azərbaycan millisinin futbolçusu Mahir Emnrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) komandası Xorvatiya çempionatında növbəti oyununu keçirəcək.
Futbol
12 Mart , 2022 11:57
Mahir Emrelinin komandası növbəti oyununu keçirəcək

Azərbaycan millisinin futbolçusu Mahir Emnrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) komandası Xorvatiya çempionatında növbəti oyununu keçirəcək.

"Report"un məlumatına görə, son ölkə çempionu XXVII turda "Hayduk"un qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Zaqreb təmsilçisinin baş məşqçisi Jelko Kopiç matçdan əvvəl keçirdiyi mətbuat konfransında derbidə Emreliyə şans verəcəyini bildirmişdi.

Qeyd edək ki, hazırda 53 xalı olan "Dinamo" "Osiyek"lə birlikdə ilk iki pilləni bölüşdürür. Komanda rəqibi ilə müqayisədə bir oyun az keçirib. "Hayduk" isə 48 xalla 4-cü sırada qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi