Mahir Emrelinin komandası autsayderlə qarşılaşacaq

Mahir Emrelinin komandası autsayderlə qarşılaşacaq Jelko Kopiçin baş məşqçi olduğu komanda "Draqovolyaç"ı qəbul edəcək
Futbol
3 Aprel , 2022 09:20
Mahir Emrelinin komandası autsayderlə qarşılaşacaq

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) klubu bu gün Xorvatiya çempionatında növbəti oyununu keçirəcək.

"Report"un məlumatına görə, Jelko Kopiçin baş məşqçi olduğu komanda "Draqovolyaç"ı qəbul edəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Zaqreb təmsilçisi 27 oyundan sonra 57 xalla "Osiyek"lə birlikdə ilk iki pilləni bölüşdürür. Komanda rəqibi ilə müqayisədə bir oyun az keçirib. "Draqovolyaç" isə 28 oyuna 14 xalla sonuncu - 10-cu sırada qərarlaşıb.

Qeyd edək ki, qış fasiləsində Polşa "Legiya"sından ayrılan Mahir Emreli "Dinamo" ilə 4,5 illik sözləşmə imzalayıb.

Son xəbərlər

Orphus sistemi