Azarkeşlərin hücumu nəticəsində zərbədən Mahir Emrelinin başı şişib

Azarkeşlərin hücumu nəticəsində zərbədən Mahir Emrelinin başı şişib Polşanın "Legiya" klubunda azarkeşlərin hücumçuna məruz qalan Mahir Emrelinin durumu haqqında yeni məlumatlar yayılıb.
Futbol
15 Dekabr , 2021 12:56
Azarkeşlərin hücumu nəticəsində zərbədən Mahir Emrelinin başı şişib
Mahir Emreli

Polşanın "Legiya" klubunda azarkeşlərin hücumuna məruz qalan Mahir Emrelinin durumu haqqında yeni məlumatlar yayılıb.

"Report" "Sparkchronicles" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı hücumçu hadisədən sonra beyin silkələnməsi olub-olmadığını yoxlamaq üçün xəstəxanada müayinədən keçib.

Forvardın baş nahiyəsində şiş əmələ gəldiyi müəyyənləşib və onda baş ağrısı da olub. Həkim Emreliyə ehtiyatlı olmağı tövsiyə edib. Futbolçu bu səbəbdən dekabrın 14-də komandanın məşqində iştirak etməyib və bu gün "Zaqlembe" ilə matçda oynamayacaq.

Bundan əlavə, Varşava təmsilçisinin idman direktoru Radoslav Kuxarski hücumçunun durumu ilə maraqlanmaq üçün onunla görüşüb.

Qeyd edək ki, fanatlar Plotsk "Visla"sına 0:1 hesabı ilə uduzduğu Ekstraklasanın XVIII tur oyunundan sonra "Legiya"nın futbolçularına hücum edib.

Son xəbərlər

Orphus sistemi