Mahir Emreli: “Xorvat dilini artıq öyrənmişəm”

Mahir Emreli: “Xorvat dilini artıq öyrənmişəm” “Xorvat dilini artıq öyrənmişəm. Bunda çətinlik çəkmədim. Rus dili ilə oxşarlığı var. Bəzi türk sözləri ilə isə demək olar ki, eynidir”.
Futbol
28 Avqust , 2023 15:40
Mahir Emreli: “Xorvat dilini artıq öyrənmişəm”

“Xorvat dilini artıq öyrənmişəm. Bunda çətinlik çəkmədim. Rus dili ilə oxşarlığı var. Bəzi türk sözləri ilə isə demək olar ki, eynidir”.

Bunu “Report”un Zaqrebə ezam olunmuş əməkdaşına müsahibəsində Azərbaycan millisinin və Xorvatiyanın “Dinamo” klubunun futbolçusu Mahir Emreli deyib.

26 yaşlı hücumçu dil bilməyin uyğunlaşmaq üçün çox önəmli olduğunu vurğulayıb: “Artıq fransız dili dərslərinə getməyə də başlamışam. Çünki mənim də marağım olub. Qjeqoj Krıxovyakın müsahibəsini görmüşdüm. Səhv etmirəmsə, 7 dildə ona suallar verdilər və hamısına da səlis cavab verdi. Kiminsə Azərbaycana gəlməsi və bizim dili öyrənib danışması xoşdur. Videolarda görürük, Kevin Medina, Riçard Almeyda və “Qarabağ”dan ayrılan Kadi Borges nəsə deyəndə azarkeşlərə xoş gəlirdi. Dili bilmək məşqçilərlə ünsiyyət baxımından da önəmlidir. Ona fikrini öz dilində başa salmaq daha rahatdır”.

Mahir Emrelinin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi