Mahir Emreli uğursuz nəticələrə görə azarkeşlərdən üzr istəyib

Mahir Emreli uğursuz nəticələrə görə azarkeşlərdən üzr istəyib "Hazırda nəsə demək çətindir. Həm klub tarixində, həm də çoxumuzun karyerasında ilk dəfədir ki, belə hal yaşanır".
Futbol
13 Dekabr , 2021 09:43
Mahir Emreli uğursuz nəticələrə görə azarkeşlərdən üzr istəyib
Mahir Emreli

"Hazırda nəsə demək çətindir. Həm klub tarixində, həm də çoxumuzun karyerasında ilk dəfədir ki, belə hal yaşanır".

"Report"un məlumatına görə, bu fikirləri Polşanın "Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Plotsk "Visla"sına 0:1 hesabı ilə uduzduqları oyundan sonra turnir cədvəlinin sonuncu pilləsinə düşmələrinə münasibət bildirərkən deyib.

24 yaşlı hücumçu uğursuz çıxışa görə üzr istəyib: "Həddindən artıq çox məğlubiyyət almışıq. Daha əvvəl belə seriya xatırlamıram. Döyüşdük, amma xeyri olmadı. Bunun səbəbini də bilmirəm. Kimsə bizim döyüşmədiyimizi söyləsə, onunla razılaşmaram. Top iki metrdən qapıya girmirsə, buna nə deyə bilərsiniz? Mənim əlimə düşən şansdan istifadə etmək üçün top-oyunçu olmaq lazım deyil. Daha nə deyəcəyimi bilmirəm. Ancaq üzr istəyə bilərəm. Bunu da bilirəm ki, üzr istəmək azarkeşlər üçün bir şey deyil. İlin sonunadək iki matçımız var, bütün diqqətimizi cəmləyib qələbə qazanmalıyıq. Hər kəsdən bir daha üzr istəyirəm".

Qeyd edək ki, Mahir Emreli "Visla" ilə görüşə start heyətdə başlayıb və 73-cü dəqiqədə əvəzlənib.

Son xəbərlər

Orphus sistemi