Mahir Emreli son oyunda erkən əvəzlənməsinə etiraz edib
Futbol
- 19 dekabr, 2024
- 06:17
Almaniyanın "Nürnberq" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Köln"ə uduzduqları II Bundesliqanın oyununda erkən əvəzlənməsinə etiraz edib.
"Report" xəbər verir ki, bu barədə yerli "nn.de" saytı məlumat yayıb.
27 yaşlı hücumçu sözügedən qarşılaşmanın ilk hissəsindən sonra meydana çıxmadığı üçün baş məşqçi Miroslav Klozeyə narazılığını bildirib.
Nəşr Emrelinin bununla bağlı instaqram hesabında post da paylaşdığı və daha sonra sildiyini də yazıb. Kloze isə forvardın etirazına səssiz qalıb.
Qeyd edək ki, görüş "Nürnberq"in məğlubiyyəti ilə bitib - 1:3. Mahir ilk hissənin sonunda Florian Fliklə əvəzlənib. Həmin vaxt komanda 0:3 hesabı ilə geridə olub.
Son xəbərlər
06:45
Qətər ABŞ-dən uzunmüddətli LNG tədarükü imkanlarını müzakirə edir
Digər ölkələr06:19
Bloomberg milyarderlər reytinqində ilk 10-luğun hamısını amerikalılar tutub
Biznes05:42
İsveçrədə avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var
Digər ölkələr05:06
Tramp İranla münaqişənin nə vaxt başa çatacağını açıqlayıb
Digər ölkələr04:37
BƏƏ Almaniya iqtisadiyyatına 40 milyard avro investisiya yatıracaq
Digər ölkələr04:13
ABŞ-də dizelin qiyməti tarixi maksimuma çatıb
Digər ölkələr03:35
Oman sahillərində iki gəmi hücuma məruz qalıb
Digər ölkələr03:05
Livan və İsrail nümayəndə heyətləri Romada danışıqlar aparacaq
Digər ölkələr02:48