Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın "Nürnberq" komandasının heyətində dubl müəllifi olub.
"Report"un məlumatına görə, qarşılaşma II Bundesliqanın XXX turuna təsadüf edib.
Doğma meydanda "Paderborn" kollektivini qəbul edən "Nürnberq"in heyətində hesabı 2-ci dəqiqədə M.Emreli açıb. Qarşılaşmanı yüksək səviyyədə keçirən forvard 90+3-cü dəqiqədə növbəti dəfə rəqibin qapısına yol tapıb.
Bununla belə, 27 yaşlı hücumçunun qolları komandasına xal qazandırmayıb. "Paderborn" 3:2 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, "Nürnberq" turnir cədvəlində 44 xalla 8-ci pillədə yer alıb.
Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi Almaniyanın "Nürnberq" komandasında növbəti qolunu vurub.
"Report"un məlumatına görə, qarşılaşma II Bundesliqanın XXX turuna təsadüf edib.
Doğma meydanda "Paderborn" kollektivini qəbul edən "Nürnberq"in heyətində hesabı 2-ci dəqiqədə Mahir Emreli açıb.
Hazırda davam edən görüşdə hesab bərabərdir - 1:1.
Qeyd edək ki, bu, 27 yaşlı hücumçunun II Bundesliqada vurduğu 6-cı qol olub. O, daha bir dəfə Almaniya Kubokunun oyununda fərqlənib.