Mahir Emreli növbəti oyunu da buraxacaq

Mahir Emreli növbəti oyunu da buraxacaq Azərbaycan millisinin hücumçusu Mahir Emreli Zaqreb "Dinamo"sunun səfərdə "Slaven Belupo"ya qarşı keçirəcəyi Xorvatiya çempionatının II tur oyununu buraxacaq.
Futbol
22 İyul , 2022 19:12
Mahir Emreli növbəti oyunu da buraxacaq

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Zaqreb "Dinamo"sunun səfərdə "Slaven Belupo"ya qarşı keçirəcəyi Xorvatiya çempionatının II tur oyununu buraxacaq.

"Report"un məlumatına görə, zədəsini yenicə sağaldan 25 yaşlı hücumçu bərpa prosesi keçdiyindən qarşıdakı görüşdə iştirak edə bilməyəcək.

Qeyd edək ki, iyulun 23-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Emreli daha əvvəl çempionatın I turunda "Lokomotiv"ə 3:2 hesabı ilə qalib gəldikləri qarşılaşmanı, həmçinin, Şimali Makedoniya "Şkupi"si ilə 2:2 hesablı heç-heçə etdikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda meydana çıxmayıb.

Son xəbərlər

Orphus sistemi