Mahir Emreli: "Legiya"nın bir parçası olduğum üçün qürur duyuram"

Mahir Emreli: "Legiya"nın bir parçası olduğum üçün qürur duyuram" "Açığı, son avrokubok oyunundakı nəticənin ümumi çıxışımızı əks etdirdiyinə inanmıram. Biz çox səy göstərdik və güclü komanda işi hissi nümayiş etdirdik, lakin bu həmişə kifayət etmir".
Futbol
6 Noyabr , 2021 10:07
Mahir Emreli: Legiyanın bir parçası olduğum üçün qürur duyuram

"Açığı, son avrokubok oyunundakı nəticənin ümumi çıxışımızı əks etdirdiyinə inanmıram. Biz çox səy göstərdik və güclü komanda işi hissi nümayiş etdirdik, lakin bu həmişə kifayət etmir".

"Report"un məlumatına görə, bu fikirləri Polşa "Legiya"sının futbolçusu Mahir Emreli evdə "Napoli"yə 1:4 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup oyunundan sonra şəxsi instaqram səhifəsində yazıb.

Azərbaycan millisinin hücumçusu bildirib ki, bəzən, sadəcə, bəxt amili çatmır: "Bununla belə, düşünürəm ki, komanda ruhu bizimlə qalacaq və qarşıdakı oyunların nəticələrində özünü göstərəcək".

24 yaşlı forvard sonda çətin dövrdə komandaya dəstək olan azarkeşlərə təşəkkür edib: "Bu klubun bir parçası olduğum üçün çox xoşbəxtəm və qürur duyuram. İndi bizim sizi qürurlandırmaq növbəmizdir".

Qeyd edək ki, "Napoli" ilə matçda "Legiya"nın yeganə qolunu 11-ci dəqiqədə Mahir Emreli vurub.

Son xəbərlər

Orphus sistemi