Mahir Emreli "Legiya"da növbəti qolunu vurdu

Mahir Emreli "Legiya"da növbəti qolunu vurdu Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sının heyətində növbəti qolunu vurub.
Futbol
23 İyun , 2021 17:43
Mahir Emreli Legiyada növbəti qolunu vurdu
Mahir Emreli

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sının heyətində növbəti qolunu vurub.

"Report"un məlumatına görə, 24 yaşlı hücumçu Rusiya "Krasnodar"ı ilə yoldaşlıq matçında fərqlənib.

Emreli 39-cu dəqiqədə qapıçının səhvindən sonra hesabı açıb.

Qeyd edək ki, daha əvvəl "Bişofshofen"lə yoxlama oyunu "Legiya"nın 5:0 hesablı qələbəsi ilə başa çatıb. 60 dəqiqə meydanda olan Mahir Emreli 6-cı, 22-ci və 36-cı dəqiqələrdə fərqlənib.

Son xəbərlər

Orphus sistemi