Azərbaycan millisinin futbolçusu: Həyatımda "bacarmadı" sözünü eşitmək istəmirəm

Futbol
  • 28 avqust, 2024
  • 10:56
Azərbaycan millisinin futbolçusu: Həyatımda bacarmadı sözünü eşitmək istəmirəm

Həyatımda "kaş ki" demək və "bacarmadı" sözünü eşitmək istəmirəm.

Bunu "Report"a müsahibəsində Almaniyanın "Nürnberq" klubuna transfer olan Azərbaycan millisinin üzvü Mahir Emreli deyib.

27 yaşlı forvard ölkə xaricində çıxış edən azərbaycanlı futbolçuların sayının azalmasına münasibət bildirib:

"Bu barədə çox danışmaq istəməzdim. Hərənin bir cür xasiyyəti var. Yəqin ki, uyğunlaşmaq, Avropada, ölkədən kənarda yaşamaq məndə çətinlik yaratmır. Hardasa buna tab gətirə bilirəm, çətinliklər olanda buna sinə gərməyə çalışıram. Ailəm yanıma gəlir, az-çox tutuna bilirəm. Gedib qayıdanların pis addım atdıqlarını deyə bilmərəm. Bəlkə də düşünüblər ki, karyeralarında doğru addım budur. Bəzən nələrsə doğru getməyəndə insan geriyə bir addım atmalıdır. Çünki bu, onu daha sonra iki addım irəli ata bilər. "Dinamo"dan sonra Azərbaycana qayıtmamaq səbəbim var. Orada mənim üçün o qədər də yaxşı olmadı. Məndən asılı olan və olmayan səbəblər var idi. Ən azından özümə inanıram. Bunu meydanda göstərmək və ümidləri doğrultmaq niyyətindəyəm. Alınmasa da, ən azından "çalışdım" deyə biləcəyəm".

Mahir Emrelinin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Son xəbərlər

Bütün Xəbər Lenti