Mahir Emreli: "Cüzi də olsa, C Liqasında qalmaq şansımız var"

Mahir Emreli: "Cüzi də olsa, C Liqasında qalmaq şansımız var" Cüzi də olsa, C Liqasında qalmaq şansımız var.
Futbol
November 18, 2024 16:03
Mahir Emreli: Cüzi də olsa, C Liqasında qalmaq şansımız var

Cüzi də olsa, C Liqasında qalmaq şansımız var.

"Report"un "Misli"nin dəstəyi ilə Stokholm şəhərinə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli İsveç yığmasına qarşı keçirəcəkləri Millətlər Liqasının oyunundan öncə baş tutan mətbuat konfransında deyib.

O, sabah güclü rəqibə qarşı mübarizə aparacaqlarını bildirib:

"Cüzi də olsa, şansımız var, rəqib bizə çox yaxşı məlumdur. Yaxşı çıxış edib, uğurlu nəticə qazanmaq istəyirik. Hər bir hücumçunun istəyi qol vurmaqdır. Lakin qolu kimin vurmasından asılı olmayaraq, əsas yığmanın uğurlu nəticə qazanmasıdır".

Qeyd edək ki, noyabrın 19-da Solna şəhərindəki “Stroberri Arena”da keçiriləcək İsveç – Azərbaycan matçının start fiti Bakı vaxtı ilə saat 23:45-də səsləndiriləcək.

Orphus sistemi