Macarıstan millisinin baş məşqçisi Azərbaycan yığmasının oyunçularını adbaad tanıyır

Macarıstan millisinin baş məşqçisi Azərbaycan yığmasının oyunçularını adbaad tanıyır Növbəti rəqibimizi yaxşı analiz etmişik. Onların futbolçularını adları ilə tanıyıram.
Futbol
17 May , 2019 13:09
Macarıstan millisinin baş məşqçisi Azərbaycan yığmasının oyunçularını adbaad tanıyır

"Növbəti rəqibimizi yaxşı analiz etmişik. Onların futbolçularını adları ilə tanıyıram".

"Report" "Nemzetisport"a istinadən xəbər verir ki, bu barədə Macarıstan yığmasının baş məşqçisi Marko Rossi AVRO-2020-nin seçmə mərhələsində Bakıda qarşılaşacaqları Azərbaycan millisi barədə danışarkən deyib. 

Millinin oyunlarını izlədiklərini deyən italiyalı mütəxəssis yığmanın son iki oyununa xüsusi diqqət yetirdiklərini söyləyib: "Azərbaycanın Xorvatiya ilə ilk seçmə oyununa və Litva ilə yoldaşlıq görüşünə baxdım. Hücumçularından biri Ramil Şeydayevdir. Bir yarımmüdafiəçiləri isə İspaniyada (Eddi İsrafilov) çıxış edir. Azərbaycan əsasən 4 - 3 - 3 ya da 4 - 1 - 4 - 1 taktiki sxemi ilə oynayır. Oyunun gedişində bunu dəyişə bilərlər. Rəqibin müdafiə xətti sabitdir. Hücum edərkən bunu nəzərə almalıyıq. Qarşılaşmaya tam hazırıq". 

Qeyd edək ki, Macarıstan Azərbaycanla iyunun 8-də Bakıda üz-üzə gələcək. İyunun 11-də isə bu komanda Budapeştdə Uelsi qəbul edəcək. 

Son xəbərlər

Orphus sistemi