Macarıstan milli komandasına yeni baş məşqçi təyin olunub

Macarıstan milli komandasına yeni baş məşqçi təyin olunub Bernd Ştork yeni vəzifədə Almaniya "Herta"sının baş məşqçisi Pal Dardaini əvəzləyib
Futbol
21 İyul , 2015 09:48
Macarıstan milli komandasına yeni baş məşqçi təyin olunub

Bakı. 21 iyul. REPORT.AZ/ Futbol üzrə Macarıstan milli komandasına yeni baş məşqçi təyin olunub. "Report"un Macarıstan Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, almaniyalı mütəxəssis Bernd Ştorkdur. 

B.Ştork yeni vəzifədə Almaniya "Herta"sının baş məşqçisi Pal Dardaini əvəzləyib. Klub rəhbərliyi onun iki vəzifədə çalışmasına icazə verməyib. 

Qeyd edək ki, Bernd Ştork bu təyinatadək Macarıstanın gənclər yığmasına başçılıq edib. AVRO-2016-nın seçmə mərhələsində finişə 4 tur qalmış əsas komanda 11 xalla F qrupunda 3-cü yeri tutur. 

Son xəbərlər

Orphus sistemi