Lüksemburqun millimizlə oyun üçün heyəti açıqlandı

Lüksemburqun millimizlə oyun üçün heyəti açıqlandı Lüksembur millisinin UEFA Millətlər Liqasının I turunda Bakıda Azərbaycanla qarşılaşacağı oyun üçün heyəti açıqlanıb.
Futbol
26 Avqust , 2020 13:37
Lüksemburqun millimizlə oyun üçün heyəti açıqlandı

Lüksembur millisinin UEFA Millətlər Liqasının I turunda Bakıda Azərbaycanla qarşılaşacağı oyun üçün heyəti açıqlanıb. 

"Report" xəbər verir ki, baş məşqçi Lük Holts heyətə 3 qapıçı, 7 müdafiəçi, 8 yarımmüdafiəçi, 5 hücumçu daxil edib. 

Qapıçılar: Tim Kips ("Düdelanj), Antoni Moris ("Yunion", Belçika), Ralf Şon ("Vilts")

Müdafiəçilər: Dirk Karlson ("Karlsrue", Almaniya), Lars Gerson ("Norrçöpinq", İsveç), Tim Hall ("Jil Visente", Portuqaliya), Loran Yans ("Metz", Fransa), Enes Mahmutoviç ("Lvov", Ukrayna), Kevin Malje ("Svit"), Vahid Selimoviç (OFİ, Yunanıstan) 

Yarımmüdafiəçilər: Leandro Barreyro ("Maynts", Almaniya), Florian Bonert ("Maynts", Almaniya), Kristofer Martinş ("Bern", İsveçrə), Mathias Olesen ("Köln", Almaniya), Danel Sinani ("Norviç" İngiltərə), Aldin Skenderoviç ("Proqress"), Olivie Thill ("Ufa" Rusiya), Vensan Till ("Metz", Fransa)

Hücumçular: Stefano Bensi ("Fola"), Alessio Kurcı ("Maynts", Almaniya), Moris Devill ("Saarbrüken", Almaniya ), Edvin Muratoviç (Düdelanj), Jerson Rodrigeş ("Dinamo" Kiyev, Ukrayna)

Qeyd edək ki, sentyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Lüksemburq matçı saat 20:00-da başlayacaq. Yığma komanda 3 gün sonra səfərdə Kiprlə qarşılaşacaq. 

Son xəbərlər

Orphus sistemi