DÇ-2022: Lüksemburq yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlanıb

DÇ-2022: Lüksemburq yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlanıb Futbol üzrə Lüksemburq yığmasının 2022-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan və Serbiya ilə oyunlar üçün heyəti bəlli olub.
Futbol
25 Avqust , 2021 15:22
DÇ-2022: Lüksemburq yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlanıb

Futbol üzrə Lüksemburq yığmasının 2022-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan və Serbiya ilə oyunlar üçün heyəti bəlli olub.

"Report"un məlumatına görə, komandanın baş məşqçisi Lük Holts 25 oyunçuya dəvət göndərib.

Onlardan 3-ü qapıçı, 8-i müdafiəçi, 10-u yarımmüdafiəçi, 4-ü isə hücumçudur.

Qapıçılar: Tim Kips, Antoni Moris, Ralf Şon

Müdafiəçilər: Dirk Karlson, Maksim Şano, Eldin Dzoqoviç, Loran Yans, Enes Mahmutoviç, Marvin Martins, Mika Pinto, Erik Veyqa

Yarımmüdafiəçilər: Leandro Barreyro, Florian Bonert, Kristofer Martins, Kris Filips, Dioqo Pimentel, Timote Rupil, Danel Sinani, Aldin Skenderoviç, Olivye Til, Sebastien Thil

Hücumçular: İvandro Borges, Moris Devill, Edvin Muratoviç, Jerson Rodrigeş.

Qeyd edək ki, Lüksemburq seçməsi sentyabrın 1-də Azərbaycan millisini qəbul edəcək, 3 gün sonra isə Serbiyanın qonağı olacaq.

Son xəbərlər

Orphus sistemi