Lüksemburq yığması Azərbaycanla oyunda iki rekorda imza atıb

Lüksemburq yığması Azərbaycanla oyunda iki rekorda imza atıb Lüksemburq yığması Azərbaycan millisinə qarşı keçirdiyi 2022-ci il dünya çempionatının seçmə oyunundan sonra iki rekorda imza atıb
Futbol
11 Noyabr , 2021 23:08
Lüksemburq yığması Azərbaycanla oyunda iki rekorda imza atıb

Lüksemburq yığması Azərbaycan millisinə qarşı keçirdiyi 2022-ci il dünya çempionatının seçmə oyununda iki rekorda imza atıb.

"Report"un məlumatına görə, Lük Holtsun baş məşqçi olduğu komanda 3:1 hesablı qələbə sayəsində H qrupunda xallarının sayını 8-ə çatdırıb. Bununla da "cırtdanlar" dünya çempionatlarının seçmə mərhələlərində xal rekordunu yeniləyib.

Lüksemburq DÇ-2014 və DÇ-2018-in seçmə oyunlarını 6 xalla başa vurub. Hər iki tsikldə indikinə nisbətən daha az qol vurulub.

Komanda 2014-cü il mundialından əvvəl seçmə oyunlarda 7, növbətisində isə 8 dəfə fərqlənib. Lüksemburq millisi DÇ-2022-nin seçmə mərhələsində rəqib qapılarından 8-ci topu keçirməklə DÇ-2018 rekordunu təkrarlayıb.

Qeyd edək ki, Lüksemburq yığması xal və qol rekordunu daha da yeniləyə bilər. Bunun üçün noyabrın 14-də İrlandiya ilə ev matçında qol vuraraq, uduzmamaq lazımdır.

Son xəbərlər

Orphus sistemi