Lüksemburq - Azərbaycan oyunu yeni stadionda keçiriləcək

Lüksemburq - Azərbaycan oyunu yeni stadionda keçiriləcək Arenanın inşasına 76 milyon avrodan çox vəsait xərclənib
Futbol
149
29 Aprel , 2021 09:45
Lüksemburq - Azərbaycan oyunu yeni stadionda keçiriləcək

Futbol üzrə Lüksemburq yığması 2022-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycana qarşı ev oyununu yeni stadionda keçirəcək.

"Report" xəbər verir ki, bu barədə Lüksemburq bələdiyyəsinin sədri Lidi Polfer "Paperjam" nəşrinə açıqlamasında məlumat verib.

O bildirib ki, məqsədləri Lüksemburq - Azərbaycan oyununu yeni stadionda təşkil etməkdir.

"Stade de Luxembourg" arenasının inşasına 76 milyon avrodan çox vəsait xərclənib, azarkeş tutumu isə 9385-dir.

Qeyd edək ki, sentyabrın 1-də keçiriləcək Lüksemburq - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi